Fenix Hydrotech

innovation in watertech

Ana səhifə » Haqqımızda

Haqqımızda

Uzun illərdir FenixHydrotech brendi altında soyutma qullələri, su və tullantı su təmizləmə sistemləri sahəsində konsaltinq, layihələndirmə, təchizat və servis xidmətlərini həyata keçirən FenixHydrotech MMC Azərbaycanın və regionun aparıcı şirkətlərindən biridir. 2014-cü ildə təsis edilmiş şirkətimiz, eyni zamanda beynəlxalq səviyyədə tanınmış bir xarici şirkətin franşizası olaraq fəaliyyət göstərir və bu əlaqə sayəsində ən müasir texnologiyaları və beynəlxalq standartları ölkəmizə gətirir.


FenixHydrotech MMC, dünya üzrə 1700-ə yaxın əməkdaşı olan qlobal təcrübəyə malik bir qurumla sıx əməkdaşlıq edir və bu təcrübəni yerli layihələrə uğurla tətbiq edir. Şirkətimizin əsas fəaliyyət sahələrinə sənaye və məişət üçün kompleks su texnologiyaları həllərinin təqdim edilməsi, neft və energetika sektorunda uzunmüddətli EPC layihələrin həyata keçirilməsi, yüksək keyfiyyətli materialların təminatı, peşəkar mühəndis heyəti tərəfindən layihələndirmə və texniki xidmətlərin göstərilməsi daxildir.


FenixHydrotech MMC güclü texniki baza və illərin təcrübəsinə əsaslanaraq, müştərilərinə kompleks və innovativ həllər təqdim edir, sənayenin tələblərinə uyğun müasir texnologiyalarla layihələrini reallaşdırır və su texnologiyaları sahəsində lider mövqeyini qoruyur. Şirkətimizin əsas məqsədi, hər bir layihədə yüksək keyfiyyət, etibarlılıq və innovasiyanı birləşdirərək, müştərilərimizin ehtiyaclarına tam uyğun həllər təqdim etməkdir.